"Neftçi", "Qəbələ" və "Zirə"nin Konfrans Liqasındakı  RƏQİBLƏRİ
15 iyun 2022 16:58 (UTC +04:00)

"Neftçi", "Qəbələ" və "Zirə"nin Konfrans Liqasındakı RƏQİBLƏRİ

“Neftçi”nin 2022/23 mövsümündə Konfrans Liqasındakı ilk rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın gümüş mükafatçısı II təsnifat mərhələsində ilə üz-üzə gələcək.

İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində səpələnmişlərin sırasında yer alan bakılılar “Aris”i (Kipr) sınağa çəkəcək. Azərbaycan klubu ilk görüşünü səfərdə keçirəcək.

***

“Qəbələ”nin də ilk rəqibi bəlli olub.

“Qırmızı-qaralar” bu mərhələdə “Fehervar”la (Macarıstan) qarşılaşacaq. Elmar Baxşıyevin yetirmələri ilk matçı səfərdə keçirəcək.

***

Mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Zirə”nin kiminlə üz-üzə gələcəyi bilinib.

Premyer Liqanın bürünc mükafatçısı və Azərbaycan kubokunun finalçısı ilk duelini “Makkabi”yə (Təl-Əviv, İsrail) qarşı keçirəcək. 

Rəşad Sadıqovun kollektivinin birinci oyunu evə təsadüf edəcək.

II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri isə 28-də olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926
avatar

Oxşar yazılar