Luçano Spalletti
06 may 2021 17:42 (UTC +04:00)

Luçano Spalletti

“Napoli”nin yeni baş məşqçisi AÇIQLANDI

İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu vəzifəyə Luçano Spalletti gətiriləcək.

Bu barədə qərarı klub prezidenti Aurelio de Laurentis qəbul edib. O, mövsümün sonunda Cennaro Qattuzonun yerinə Spallettinin təyin olunmasını məqsədəuyğun sayıb.

Hətta komanda Çempionlar Liqasına vəsiqə qazansa belə baş məşqçi dəyişikliyi reallaşacaq. Artıq klub prezidenti və Spalletti arasında yeni mövsüm üçün heyətlə bağlı müzakirələr də olub.

Hələlik tərəflər yalnız bir məsələdə ortaq məxrəcə gəlməyib. Bu da ildə 3 milyon avro istəyən mütəxəssisin maaşı ilə bağlıdır. Amma bu məsələdə də razılığın əldə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Spallettinin son iş yeri 2017-19-cu illərdə çalışdırdığı “İnter” olub.

# 1764
avatar

Oxşar yazılar