"Napoli" bu mövsüm komandaya çempionluq titulu qazandıran Antonio Konteni baş məşqçi postunda saxlamaq üçün səylərini davam etdirir.
Lent.az bildirir ki, insayder Fabrisio Romanonun sözlərinə görə, 55 yaşlı italiyalı mütəxəssisi saxlamaq üçün Neapolitan klubunun prezidenti Aurelio De Laurentis ona maaşının artırılmasını təklif edib.
Bundan başqa, klub rəhbəri məşqçiyə heyətin xeyli gücləndirəcəyinə söz verib. Neapollular məşhur futbolçularla, o cümlədən "Mançester Siti" ilə müqaviləsi başa çatan yarımmüdafiəçi Kevin De Bruyne ilə müqavilə bağlamağa hazırdır.
Xatırladaq ki, son vaxtlar Kontenin Skudettonu qazanmasına baxmayaraq, "Napoli"ni tərk edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.