İngiltərə Premyer Liqasında nadir təsadüf olunan hesab qeydə alınıb.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, “Mançester Siti” “Lester”ə 6:3 hesabı ilə qalib gəlib.
9 qollu qarşılaşma Pep Qvardiolanın yetirmələrinin çempionatda ardıcıl 9-cu qələbəsi olub. Son üç görüşdə böyük hesabla qalib gələn mançesterlilər bu matçlarda 17 top vurub və 3-nü buraxıblar.
Qeyd edək ki, “şəhərlilər” ilin son matçını dekabrın 29-da “Brentford”a qarşı keçirəcək.
Nadir təsadüf olunan hesab: 9 qollu oyunda 9-a çatdı
1680