Mütləq rekord: Bütün zamanların  ən yaxşı bombardiri   oldu
08 fevral 2023 19:59 (UTC +04:00)

Mütləq rekord: Bütün zamanların ən yaxşı bombardiri oldu

ABŞ Milli Basketbol Assosiasiyasında toplanan xalların sayına görə mütləq rekor müəyyənləşdirilib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun müəllifi dünya şöhrətli amerikalı basketbolçu Lebron Ceymsdir - o, Milli Basketbol Assosiasiyası tarixində ən çox xal toplayan oyunçu olub.

Bu, dünən axşam Lebronun komandası “Los-Anceles Leykers” öz meydançasında “Oklahoma Siti” ilə qarşılaşanda baş verib.

Meydan sahibləri uduzub - 130:133. Lakin Lebron Ceyms 38 xal toplayıb və aktivini 38.390 bala çatdırıb.

Beləliklə, 38 yaşlı basketbolçu 38.387 xalla Karim Abdul-Cabbarın (1984-cü ildə qeydə alınıb) rekordunu yeniləyib.


 

# 2052
avatar

Oxşar yazılar