Kanada millisinin üzvü Atiba Hatçinson dünya çempionatları tarixinə düşüb.
Lent.az Apasport.az saytına istinadla xəbər verir ki, "Beşiktaş"lı yarımmüdafiəçi DÇ-2022-nin ilk turu çərçivəsində Belçika yığmasına qarşı oyuna start heyətlə başlamaqla nail olub.
O, mundiallar tarixində qapıçılar nəzərə alınmadan matça ilk "11-lik"də çıxan ən yaşlı futbolçu (39 yaş 288 gün) ünvanına yiyələnib.
Qeyd edək ki, sözügedən matçda ilk hissədən sonra Belçika millisi Kanadaya 1:0 hesabı ilə qalib gəlir.