“Benfika” baş məşqçi Joze Mourinyonu mayın 17-dək buraxmaq niyyətində deyil. Lakin bundan sonra klub onun “Real Madrid”ə keçidinə razılıq verməyə hazırdır.
Lent.az xarici mediaya istinadla bildirir ki, klub mümkün transfer üçün maliyyə şərtlərini də müəyyənləşdirib: əgər Mourinyo “Real Madrid”ə keçərsə, Lissabon təmsilçisi 6 milyon avro təzminat alacaq.
Məlumata görə, Mourinyo hazırda da Madrid klubu ilə danışıqları davam etdirir. Tərəflər mütəxəssisin yenidən paytaxt klubuna qayıtması ehtimalını müzakirə edirlər.
Əsas tarix kimi mayın 17-si göstərilir. Həmin tarixdən sonra danışıqların sürətlənəcəyi və portuqaliyalı məşqçinin gələcəyinin müəyyənləşəcəyi gözlənilir. Həmin gün “Benfika” mövsümdəki son oyununu keçirəcək və səfərdə “Estoril” ilə qarşılaşacaq. Lissabon klubu hazırda “Sporting CP” ilə birlikdə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.