“Monako” onu “Bavariya”ya  qaytarmayacaq
16 yanvar 2023 18:41 (UTC +04:00)

“Monako” onu “Bavariya”ya qaytarmayacaq

"Bavariya"dan icarəyə götürülən "Monako"nun qapıçısı Aleksandr Nübel Münhen klubuna qayıtmayacaq.

Lent.az bildirir ki, bu barədə Almaniya mətbuatı futbolçunun agentinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, məsələ hətta müzakirə olunmur və 26 yaşlı Nubel mövsümün ikinci yarısında “Monako”da çıxış etməyə davam edəcək.

Nubel 2021-ci ildə "Monako"ya icarəyə verilib. Bu mövsüm Nübel 27 oyun keçirib, onlardan yeddisində qapısından qol buraxmayıb.

"Bavariya" tətildə ciddi zədə alan əsas qapıçı Manuel Noyeri əvəzləmək məsələsinin həllini axtarmağa davam edir. Ayaq sınığı səbəbindən Noyer mövsümün qalan hissəsini buraxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617
avatar

Oxşar yazılar