Modriç Xorvatiya millisini “Real”la  müqayisə etdi
12 dekabr 2022 17:45 (UTC +04:00)

Modriç Xorvatiya millisini “Real”la müqayisə etdi

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç milli ilə çıxış etdiyi “Real”ı müqayisə edib.

Lent.az xatırladır ki, Xorvatiya yığması dünya çempionatının 1/2 finalına yüksəlib. Zlatko Daliçin yetirmələrinin rəqibi Argentina yığmasıdır.

“Xorvatiyanın DNT-si “Real” ilə eynidir. Biz həmişə bütün yolu gedirik və heç vaxt təslim olmuruq. Deməli, onlar bu məsələdə eynidirlər”, - Modriç bildirib.

Əlavə edək ki, Argentina və Xorvatiya dekabrın 13-də qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1958

Oxşar yazılar