Millinin baş məşqçisi koronavirusa yoluxdu
29 mart 2021 18:42 (UTC +04:00)

Millinin baş məşqçisi koronavirusa yoluxdu

Bosniya və Herseqovina millisinin baş məşqçisi İvaylo Petev koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu balkan təmsilçisinin futbol ittifaqı açıqlayıb.

Finlandiya ilə DÇ-2022-nin səfər oyunundan (2:2) qayıdandan sonra test verən mütəxəssisin analizi müsbət nəticələnib. Baş məşqçidə heç bir simptom yoxdur və özünü yaxşı hiss edir. Buna baxmayaraq Petev karantinə alınacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina seçmə mərhələnin martın 31-də keçiriləcək görüşündə Fransa ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2382
avatar

Oxşar yazılar