"Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsinin ilk turundan sonra ən çox qurtarış edən qapıçıdır.
Bu barədə Ağdam klubunun sosial şəbəkə səhifələri məlumat yayıb.
"90 dəqiqə, 14 qurtarış, cərimə meydançasının daxilində 6 qurtarış" - deyə paylaşımda bildirilir.
Qeyd edilir ki, siyahıda "Qarabağ"ın keçmiş qapıçısı İbrahim Şehiç də yer alıb. Bosniya və Herseqovina yığmasının üzvü 5 qurtarışla 5-cidir.
Məlumatda həmçinin bildirilir ki, millimizin Portuqaliyaya uduzduğu matçda (0:1) komandanın 5 futbolçusu - Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev (k), Mahir Emreli, Abbas Hüseynov və Bədavi Hüseynov start heyətdə meydana çıxıblar. İsmayıl İbrahimli isə ikinci hissədə meydana daxil olub. /qol.az