Şahruddin Məhəmmədəliyev, qapıçı
31 mart 2021 09:42 (UTC +04:00)

Şahruddin Məhəmmədəliyev, qapıçı

Millimizin qapıçısı Avropanın ən yaxşıları sırasında

DÇ-2022-nin Avropa zonasının seçmə mərhələsinin III turunun ilk günündən sonra statistik göstəricilərdə ən yaxşılar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolçularından yalnız Şahruddin Məhəmmədəliyev qitənin ən yaxşıları sırasına düşüb.

Milliləşən rusiyalı legioner seyv sayında yenidən 1-ci yerə yüksəlib. O, Serbiya ilə qarşılaşmada (1:2) aktivinə daha 5 qurtarış yazıb.

Portuqaliya ilə matçda (0:1) 14 dəfə seyv edən qolkiper bununla da qurtarış sayını 19-a çatdırıb. Bu, Məhəmmədəliyevin yenidən Avropada ən yaxşı olması üçün yetərli olub.

Aktivində 18 qurtarış olan Deyl Koleinq (Cəbəllütariq) ikinci pillədə qərarlaşıb. Hər iki qapıçı dünənki oyunlardan sonra ön sıralara çıxıb. Onlar bunadək lider olan Elia Benedettini (San Marino) arxada qoyub. Lakin sonuncu bu gün Albaniya ilə qarşılaşmada yenidən zirvəni qaytara bilər.

# 1341
avatar

Oxşar yazılar