Millimizin keçmiş futbolçusu CƏZALANDIRILDI
02 dekabr 2022 18:18 (UTC +04:00)

Millimizin keçmiş futbolçusu CƏZALANDIRILDI

Azərbaycan millisinin sabiq futbolçusu Mirbağır İsayev cəzalandırılıb.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum AFFA U-17 Liqasında keçirilən “Səbail” –“Turan Tovuz” oyununda baş verənləri müzakirə edib. Meydan sahiblərinin akademiyasının koordinatoru Mirbağır İsayev oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 3 ay müddətinə futbolla bağlı vəzifələrdə işləməyinə qadağa qoyulub. Paytaxt klubu 4000 manat cərimələnib.

“Səbail”in baş məşqçisi Yaşar Abuzərov da cəzasız qalmayıb. Oyunun 86-cı dəqiqəsində meydana daxil olaraq hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan futbol veteranı 5 matçlıq diskvalifikasiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710
avatar

Oxşar yazılar