Azərbaycanın milli komandasının oyunundan görüntü
31 mart 2021 11:32 (UTC +04:00)

Azərbaycanın milli komandasının oyunundan görüntü

Millimiz 865 gündür qələbəyə həsrətdir

Futbol üzrə Azərbaycan millisinin ev oyunlardakı qələbə həsrəti 9 matça çatıb.

Apasport.az saytının məlumatına görə, yığmamız 2 il 4 aydır öz meydanında qalib gələ bilmir.

Komandamız sonuncu dəfə 2018-ci il noyabrın 17-də qalib gəlib. 2 il 4 ay öncə yığmamız Millətlər Liqasının ilk mövsümünün son ev görüşündə Farer adalarını 2:0 hesabı ilə məğlub etmişdi. Həmin vaxt millini hələ Qurban Qurbanov çalışdırırdı.

O gedəndən sonra milli öz meydanında 8 rəsmi, 1 yoldaşlıq görüşü keçirsə də, qələbə görməyib. 2019-cu ildə Litva ilə yoxlama matçında qolsuz heç-heçə edən futbolçularımız ardınca AVRO-2020-nin seçmə qarşılaşmalarında da uğursuzluq yaşayıb.

Macarıstana 1:3, Slovakiyaya 1:5, Uelsə 0:2 hesabı ilə uduzan milli Xorvatiyadan xal alıb – 1:1. Millətlər Liqasının 2020-ci ildə keçirilən üç ev görüşündə də qələbə həsrəti yaşanıb. Lüksemburqa 1:2 hesabı ilə uduzan komanda Kipr və Monteneqro ilə qolsuz sülhə imza atıb.

DÇ-2022-nin seçmə mərhələsində ilk ev qarşılaşmasında rəqib Serbiya olub. Bu dəfə də Azərbaycan yığması qələbə qazana bilməyib. Bununla da son 9 ev oyununda 4 heç-heçə edib və 5 dəfə uduzub. 

865 gündür davam edən seriya ən azı daha 160 gün sürəcək. Komandamız seriyanın 10-a çatmaması üçün sentyabrın 7-də Portuqaliyanı məğlub etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Oxşar yazılar