Deyan Lovren Xorvatiya millisindəki karyerasını başa vurub.
Lent.az xarici mediaya istinadla bildirir ki, Xorvatiya Futbol İttifaqı bununla bağlı bəyanat və müdafiəçinin vida məktubunu yayıb.
“Bu qərarı çox düşünüb-daşındıqdan sonra verdim. Gün gəldi ki, milli ilə vidalaşmalıyam, baxmayaraq ki, hələ də millinin ehtiraslı azarkeşi olaraq qalıram.
Bu hekayənin mənim üçün ən gözəl səhifəsi son beş ildə əldə etdiyimiz hər şeydir. Düzünü desəm, bu, mənə hələ də böyük bir xəyal kimi gəlir. Bu anları heç vaxt unutmayacağam və həmişəlik qəlbimdə saxlayacağam.
Slaven Biliçdən tutmuş Zlatko Daliçə qədər bütün məşqçilərin əməkdaşlığına görə təşəkkür edirəm, mən hər kəsdən çox şey öyrənmişəm. Bu unudulmaz macəraya görə bütün keçmiş və indiki komanda yoldaşlarına təşəkkür edirəm. Eniş-yoxuş, gülüş və göz yaşlarını paylaşdıq. Siz mənim üçün qardaş kimi oldunuz. Mənim üçün çox çətin olanda yanımda idiniz.
Həmişə olduğu kimi mən sənin yanında olacam. Ürəkdən təşəkkür edirəm”, - “Lion”un müdafiəçisi yazıb.
Deyan Lovren 2009-cu ildən Xorvatiya millisində çıxış edir. O, komandanın tərkibində 78 oyun keçirib, 2018-ci ildə dünya vitse-çempionu və 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.