Milli komandanın qapıçısı xəstəlikdən öldü
15 iyun 2024 16:08 (UTC +04:00)

Milli komandanın qapıçısı xəstəlikdən öldü

Monteneqro milli futbol komandasının qapıçısı Matiya Sarkiç bu gün faciəvi şəkildə dünyasını dəyişib. Onun cəmi 26 yaşı vardı.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, bu yaxınlarda beynəlxalq səyahətlər zamanı xəstələnib.

Bu gün səhər saatlarında futbolçu qaldığı Monteneqronun Budva şəhərindəki mənzildə özünü pis hiss edib. Dostları təcili yardım çağırsalar da, həkimlərin onun həyatını xilas etmək cəhdləri baş tutmayıb. O, yerli vaxtla səhər saat 6:30 radələrində dünyasını dəyişib.

Sarkiç keçən həftə Çernoqoriya ilə Belçikaya qarşı oynayıb və təsirli doqquz seyv edərək oyunun adamı seçilib. Bundan sonra o, Podqoritsada Gürcüstanla oyunu buraxıb.

Belçika ilə yoldaşlıq oyunundan sonra İspaniyanın “Marka”sı Monteneqrolu qapıçının oyununu qeyd edərək, “şeytanlar”ın “ulduz Sarkiç”lə qarşılaşdığını yazıb.

O, Monteneqro millisinin heyətində 9 oyun keçirib, 2019-cu ildə Belarusla yoldaşlıq oyununda debüt edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550
avatar

Oxşar yazılar