“Milan”ın qış transfer pəncərəsi üçün əsas hədəfi bəlli olub.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu mərkəz müdafiəçisi Sven Botmanı heyətinə qatmağa qərar verib.
Fransa “Lill”inin 21 yaşlı futbolçusunun qiyməti A seriyası təmsilçisini qane etmir. Liqa1 təmsilçisi oyunçu üçün 20 milyon avro tələb edir. Milanlılar bu üzdən də Botmanı sonradan almaq hüququ ilə icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Niderland yığmasının futbolçusu cari mövsüm “Lill”də keçirdiyi 21 matçda 1 qol və 1 assistə imza atıb.