Məsut Özil Azərbaycanda İdman akademiyası  aça bilər
11 oktyabr 2024 18:58 (UTC +04:00)

Məsut Özil Azərbaycanda İdman akademiyası aça bilər

Bakıda səfərdə olan Mesut Özilin mətbuat konfransı keçirilib.

“Apasport” xəbər verir ki, tanınmış futbolçu jurnalsitlərin suallarını cavablandırıb.

- Çox danışmağı sevmirəm. Çox şadam ki, burdayam. Türkiyədə Məsut Özil İdman akademiyası açacam. Azərbaycanda da eynən. Görüşmələr olacaq. Müsbət olar deyə düşünürük. Burda azarkeşlər məni sevindirdi, dəstəyə görə təşəkkür edirəm. Qürurlandım.

-  Azərbaycanda klub almaq istəyirdiz?

- Heç fikrim yoxdur. Məqsədim gənclərə toxunmaqdır. Azərbaycan və Türkiyədə sayğılı, gözəl uşaqları böyüdüb, Avropada Arda Güler kimi böyük klublarda oynatmaqdır. Məqsədim budur. Hər şeyi Allah bilər.

-  "Qarabağ" "Arsenal" matçını necə xatırlayırsız?

- Yadımdadır. Tam xatırlamıram. Atmosfer də əladır. Hər zaman burda məni çox yaxşı qarşılayıblar. Bu gün də qürur duydum, dəstəklədilər. Bura daha əvvəl də gəlmişdim.

-  Əvvəllər də ulduzlar akademiya açmışdız, amma daha sonra bağlandı. Bəs eyni aqibətin olmaması üçün nə edəcəksiz?

-  Önəmli olan isimlər yox, niyyətdir. Bu yola girərkən maliyyəni düşünmürəm. Karyeram var, uğurum var. Statistika göz önündədir. Yeni nəsilə kömək olmaq istəyirəm. Onlar maliyyə üçün edirlər deyə, 2-3 ilə bağlanır. Gözəl əxlaqlı futbolçular yetişdirmək istəyirik.

-  Ölkənizdə "Qarabağ"la işləyəcəksiz?

- Müstəqil layihədir. İstanbulda daha sonra Azərbaycanda. Tək Bakıda yox, Azərbaycanda.

- "Qarabağ" azarkeşlərinin sizə sevgisi var? "Qarabağ"ı izləyirsiz?

-  Əlbəttə ki, izləyirəm. "Qarabağ"a qarşı da oynadım. Amma udduq, edəcək bir şey yoxdur (gülür).

-  Azarkeşlər istəyir ki, sizi transfer etsinlər...

-  Futbolu buraxmışam.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948
avatar

Oxşar yazılar

Kloppun "Red Bull"dakı maaşı  BİLİNDİ

Kloppun "Red Bull"dakı maaşı BİLİNDİ

12 oktyabr 2024 , 09:42
Millimiz Estoniyaya da UDUZDU

Millimiz Estoniyaya da UDUZDU

11 oktyabr 2024 , 22:06
Sulşer millinin baş məşqçisi olmaqdan  imtina etdi

Sulşer millinin baş məşqçisi olmaqdan imtina etdi

11 oktyabr 2024 , 20:31
Dünyanın ən bahalı  futbolçuları – Yeni SİYAHI

Dünyanın ən bahalı futbolçuları – Yeni SİYAHI

11 oktyabr 2024 , 19:20
Haaland 92 illik rekordu YENİLƏDİ

Haaland 92 illik rekordu YENİLƏDİ

11 oktyabr 2024 , 16:18
“Barselona” Levandovskinin transferinə görə yeddi Avropa klubuna  borcludur 

“Barselona” Levandovskinin transferinə görə yeddi Avropa klubuna borcludur 

11 oktyabr 2024 , 12:24
Haaland ata olacaq

Haaland ata olacaq

11 oktyabr 2024 , 09:48
PSJ "Barselona"nın 17 yaşlı oyunçusunu almaq istəyir

PSJ "Barselona"nın 17 yaşlı oyunçusunu almaq istəyir

10 oktyabr 2024 , 20:41