Argentina millisinin qapıçısı Emiliano Martines Lionel Messinin oyunundan məmnun olduğunu və onunla milli komandanın tərkibində oynamaqdan qürur duyduğunu bildirib.
“Messi məndən onunla selfi çəkdirməyimi istəyəndə qürur duydum, bu şəkli evdə çərçivəyə qoydum.
Messi Argentinanın qəhrəmanıdır. Xalq ona prezidentdən çox hörmət edir. O, nümunədir. Eqosu yoxdur, onunla görüşəndə bilirsən. Bu çox yaxşıdır. Onu dünyada hamı tanıyır, onunla görüşəndə onun əlini sıxıb sadəcə davam edə bilərsən. O, sehrbaz olaraq doğulub”, - Lent.az bildirir ki, Britaniya mətbuatı Martinesdən sitat gətirir.
Xatırladaq ki, dekabrın 18-də dünya çempionatının finalında Argentina Fransa ilə qarşılaşacaq. Didye Deşamın komandası ardıcıl ikinci titulunu qazana bilər. Argentinalılar qalib gəlsələr, 1986-cı ildən bəri ilk dəfə ən yaxşısı olacaqlar.