Şimali Amerika Böyük Futbol Liqasının (MLS) müntəzəm mövsümündə keçirilən "İnter Mayami" - "Şarlotta" oyunu təxirə salınıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Görüş avqustun 20-də baş tutmalı idi. Qarşılaşmanın vaxtı dəyişdirilib. Hər iki komandanın qarşılaşacağı Liqalar Kubokunun 1/4 finalına çıxması səbəbindən təxirə salınıb. Avqustun 19-da komandalardan biri rəqibini məğlub edəcəyi təqdirdə finalda oynayacaq.
MLS-də “Şarlotta” ilə oyun Lionel Messinin liqada debütü olmalı idi. Görüşün yeni tarixi hələ açıqlanmayıb.