Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Argentina yığmasını və onun kapitanı Lionel Messini Dünya Kubokunu qazanması münasibətilə hələ də təbrik etməyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Qətərdə keçirilən dünya çempionatının finalından bir gün sonra mediada və ya sosial şəbəkələrdə bir çox məşhur futbolçular və digər idmançılar, eləcə də tanınmış mədəniyyət, incəsənət xadimləri, siyasətçilər və digər sahələrin nümayəndələri Argentina millisini və Messini qələbə münasibətilə təbrik ediblər.
Ronaldo sosial şəbəkələrdə argentinalıların uğurları ilə bağlı susur və mediada da portuqaliyalıdan heç bir şərh gəlməyib.
Argentina tarixində üçüncü dəfə dünya kubokunu qazanıb. Finalda argentinalılar fransızlara qalib gəliblər (əsas vaxt 3:3, penaltilərdə 4:2). 35 yaşlı Messi üçün bu, beşinci dünya çempionatı və qalibin ilk tituludur.
Bundan əvvəl Argentina yığması 1978 və 1986-cı illərdə dünya çempionatının qalibi olub. Fransızlar 2018-ci ildə Rusiyada kuboku götürərək, dünya çempionu olublar.