“Atletiko”, “Mançester Siti” və Argentina millisinin keçmiş hücumçusu Serxio Aguero hesab edir ki, Lionel Messi ABŞ-dakı rahat həyat tərzinə görə “İnter Mayami”ni seçib.
“Düşünürəm ki, Mayami və Səudiyyə Ərəbistanı arasında Leo rahatlığa görə birinci variantı seçib. Mayami yaxşı yerdir, burada çoxlu ispanlar var. O, yəqin ki, ailəsini də düşünürdü, Səudiyyə Ərəbistanında onlar üçün daha çətin olardı.
Məncə, o, bundan başqa heç nə görməyib, bu, onun şəxsi qərarıdır. Kriştiano fərqli insan ola bilər və o, başqa səbəblərdən Ərəbistana getməyə qərar verib”, - Lent.az xarici mediaya istinadla xəbər verir ki, Aquero bildirib.
Messi bu yay klubunu dəyişib. PSJ -də iki ildən sonra oyunçu MLS-i fəth etmək qərarına gəlib. O, “İnter Mayami” ilə müqavilə imzalayıb və ilk oyunda cərimə zərbəsini vuraraq klubda debüt edib. Messi ABŞ-dan bir kluba keçməzdən əvvəl Səudiyyə Ərəbistanı çempionatından təklif alıb və orada daha yüksək maaş təklif etməyə hazır idilər.