"Qalatasaray"ın rəsmiləri yaxın günlərdə Bakıya səfər ediblər.
Lent.az "Apasport.az"a istinadən xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın 1 meneceri və 2 mütəxəssisi "SOCAR"la sponsorluq anlaşması üçün Bakıya gəliblər.
"SOCAR"la görüşən klub rəsmiləri prinsipcə razılaşma əldə ediblər.
Bundan başqa, "Qalatasaray"ın meneceri həmin dövrdə Bakıya səfər edən Lionel Messi ilə də görüşüb. İddialara görə, klub rəsmisi azərbaycanlı iş adamı Adnan Əhmədzadənin Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba üçün təşkil etdiyi nahar yeməyində iştirak edib.
Əhmədzadə "Qalatasaray" təmsilçisini Lionel Messi ilə tanışdırıb. Bundan sonra, menecer bir müddət Messi ilə görüşüb.
"Qalatasaray"ın meneceri Əhmədzadəyə təşəkkür edib: "Bakı sizin sayənizdə Messini gördü. Ümid edirik, "Qalatasaray"da da Messini görəcəyik".
Qeyd edək ki, Messi və komanda yoldaşları dekabrın 11-də argentinalının film təqdimatında iştirak etmək üçün Bakıya səfər etmişdilər.