Messi karyerasını bitirdikdən sonra nə edəcəyini AÇIQLADI
22 sentyabr 2023 09:46 (UTC +04:00)

Messi karyerasını bitirdikdən sonra nə edəcəyini AÇIQLADI

“İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasını başa vurduqdan sonra nə edə biləcəyi haqda danışıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, karyerasından sonra nə edəcəyini düşünmədiyini deyib:

“Bu barədə düşünmək istəmirəm, çünki etdiyim işdən həzz almağa davam etmək istəyirəm. Avropanı tərk edib bura gələrək böyük bir addım atdım, amma növbəti addımı düşünmək istəmirəm. Əksinə bacardığım qədər bundan həzz almaq istəyirəm, çünki ən çox istədiyim şey oynamaqdır. Sevdiyim işlə məşğul olduğum üçün şanslıyam, bunu etməkdən həzz alıram, məsuliyyətlərim və məqsədlərim olsa da, hələ uşaqlıqdan bu işi sevərək görürəm.

Mən nə edəcəyəm? Bilmirəm, futbolla bağlı hər şeyi xoşlayıram, uşaqlarla birlikdə olmağı, dərs deməyi, idman direktoru olmağı xoşlayıram. Amma haradan başlayacağımı bilmirəm”.

Xatırladaq ki, Messi yay transfer pəncərəsində “İnter Mayami”yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

# 7860
avatar

Oxşar yazılar

"Qarabağ" "Sumqayıt"ı  darmadağın   etdi

"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

8 dekabr 2023 , 21:25
Dünyanın  ən çox maaş alan   idmançısı oldu    

Dünyanın ən çox maaş alan idmançısı oldu    

8 dekabr 2023 , 19:49
 Qurdlar Vadisi   futbolu: Meydanda  atəş açıldı

Qurdlar Vadisi futbolu: Meydanda atəş açıldı

8 dekabr 2023 , 19:21
Suares  "Qızıl top"   aldı

Suares "Qızıl top" aldı

8 dekabr 2023 , 18:52
Karyerasını  bitirməyə   hazırlaşır

Karyerasını bitirməyə hazırlaşır

8 dekabr 2023 , 18:11
Hakim gənc futbolçunu bıçaqladı

Hakim gənc futbolçunu bıçaqladı

8 dekabr 2023 , 15:43
“Real”a daha çox  nifrət edirəm   - "Barselona"nın keçmiş prezidenti

“Real”a daha çox nifrət edirəm - "Barselona"nın keçmiş prezidenti

8 dekabr 2023 , 15:11
Oğlu ilə  eyni komandada   oynayacaq

Oğlu ilə eyni komandada oynayacaq

8 dekabr 2023 , 12:54