"Messi futbolun yaratdığı ən yaxşı oyunçudur" - Ramos
04 fevral 2023 16:04 (UTC +04:00)

"Messi futbolun yaratdığı ən yaxşı oyunçudur" - Ramos

PSJ-nin müdafiəçisi Serxio Ramos komanda yoldaşı hücumçu Lionel Messini futbol tarixinin ən yaxşı oyunçusu adlandırıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Ramos bu barədə PSJ-nin televiziyasına deyib:

“Bir neçə il Messiyə qarşı oynamaqdan əziyyət çəkdim. İndi onunla oynamaqdan zövq alıram. O, futbolun indiyə qədər yaratdığı ən yaxşı oyunçudur”.

Qeyd edək ki, Ramos uzun müddət “Real Madrid”də çıxış edib. İspan müdafiəçi argentinalı hücumçu kimi 2021-ci ildən PSJ-də çıxış edir.

# 1515
avatar

Oxşar yazılar