Messi “Barselona”ya  qayıtmaq üçün   buna da razılaşdı
29 mart 2023 17:22 (UTC +04:00)

Messi “Barselona”ya qayıtmaq üçün buna da razılaşdı

PSJ-nin argentinalı hücumçusu Lionel Messi "Barselona"ya qayıtmaq üçün maaşını azaltmağa hazır olduğunu bildirib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə jurnalist Jerar Romero Twitch striminq xidmətində yayımlanan veriliş zamanı bildirib.

Romeronun sözlərinə görə, Messi PSJ ilə müqaviləni yeniləmək fikrində deyil. Onun İspaniya komandası ilə fəal danışıqlar apardığı qeyd edilir.

# 1623
avatar

Oxşar yazılar