Lionel Messi
01 iyul 2021 09:28 (UTC +04:00)

Lionel Messi

Messi artıq "Barselona"nın oyunçusu deyil: son 21 ildə İLK 

Tarixin ən yaxşı futbolçularından biri olan Lionel Messi artıq "Barselona" nın oyunçusu deyil. 

Lent.az xəbər verir ki, iyulun 1-də saat 00:0-də argentinalının Kataloniya klubu ilə müqavilə müddəti başa çatdığı üçün artıq azad agentdir. Tərəflər yaxın olsalar da, yeni müqaviləni isə hələ ki imzalamayıblar. 

Messi formal olaraq azad agent kimi transfer qiyməti ödənilmədən istənilən kluba keçə bilər. 34 yaşlı futbolçunun transfer dəyəri 80 milyon avro qiymətləndirilir. 

Lionel Messi “Barselona”nın strukturana 2000-ci ildə daxil olub. O, əsas komandada 2003-cü ildə debüt edib. Messi ötən mövsüm İspaniya çempionatının 35 oyununda 30 qol vurub, 9 məhsuldar ötürmə verib. 
 

# 2214
avatar

Oxşar yazılar