Messi 7 milyona binanın bir mərtəbəsini aldı -  FOTO
25 aprel 2021 18:17 (UTC +04:00)

Messi 7 milyona binanın bir mərtəbəsini aldı - FOTO

"Barselona" nın hücumçusu Lionel Messi Mayamidə ciddi alış-veriş edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, futbolçu 7 milyon dollara lüks bir mənzil əldə edib.

Messi okean mənzərəsi olan lüks binanın doqquzuncu mərtəbəsinin hamısını alıb.

İndi futbolçunun ixtiyarında dörd yataq otağı, dörd vanna otağı, panoramik pəncərələr və hətta 1000 şüşə şərab üçün soyuducusu var.

Binanın 39-cu mərtəbəsində 6 hovuz, spa, fitness mərkəzi, yoga studiyası, baş aşpazın mətbəxi və şampan barı da yerləşir.

# 1980
avatar

Oxşar yazılar