Uruqvay millisinin və Meksikanın “Leon” klubunun futbolçusu Nikolas Fonseka qaçırılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə fevralın 27-də Meksikada klubun məşqinə gedərkən baş verib. Silahlılar onu 25 kilometr tarlaya apararaq iki saat girov saxlayıb, sonra isə kimsəsiz yerə buraxıblar. Futbolçunun avtomobili oğurlansa da, bir neçə kilometrdən sonra tərk edilib.
Fonseka hazırda özünü yaxşı hiss edir. Oğurlanma ilə bağlı məlumat açıqlandıqdan sonra yarımmüdafiəçi sosial şəbəkələrdə post paylaşıb və dəstəyə görə hər kəsə təşəkkür edib.
Foneska 2025-ci ilin yanvarında Leona köçüb. O, komanda ilə 9 oyun keçirib, heç bir qol vurmayıb.