PSG-nin oyunçusu Neymarın şəxsi təyyarəsi Braziliyanın Boa Vista şəhərinə qəza enişi edib.
Lent.az “Figaro”ya istinadla xəbər verir ki, qəza enişinə salonda təzyiqin aşağı düşməsi səbəb olub. Yoxlama zamanı hava gəmisinin illüminatorunda problem aşkar edilib.
Təyyarədə Neymarla yanaşı qohumları da olub. Məşhur futbolçu sosial şəbəkədə hər şeyin yaxşı olduğunu bildirib.