Məşhur futbolçu üçün DNT testi ŞOKU:  O, “qızının” adını döymə  etdirmişdi
21 oktyabr 2024 19:59 (UTC +04:00)

Məşhur futbolçu üçün DNT testi ŞOKU: O, “qızının” adını döymə etdirmişdi

“Real”ın keçmiş müdafiəçisi Vinisius Tobias DNT testinin nəticələrindən şoka düşüb. Qızının ondan olmadığını öyrənən Tobias qoluna adını döymə etdirmişdi.

Lent.az-ın xəbərinə görə, 2021-ci ildə "The Guardian" tərəfindən "Dünyanın 60 ən yaxşı gənc istedadından biri" siyahısına daxil edilən məşhur futbolçu Vinisius Tobiasın keçmiş sevgilisi İnqrid Lima oktyabrın 8-də Maite adlı qız uşağı dünyaya gətirib.

Braziliyalı müdafiəçi və “Real”ın keçmiş oyunçusu Tobias Limanı tərk etməsinə baxmayaraq, körpənin onun olduğunu düşünərək qoluna qızının adı ilə yanaşı “te amo” (portuqalca “səni sevirəm”) sözləri olan döymə etdirib.

Ancaq Lima sosial mediada pis xəbəri yayıb və Tobiasın Maitenin bioloji atası olmadığını açıqlayıb.

Lima “Instagram”da izləyiciləri ilə paylaşdığı göndərmədıə bu sözləri yazıb:

“Mən zəhlətökən bir şey haqqında danışmaq istəyirəm və təəssüf ki, ictimaiyyətə açıqlamalıyam. Tobias və mən bir müddətdir ki, birlikdə deyilik. Bu müddət ərzində həm o, həm də mən münasibətdə idik. İkimiz də həyatımızı davam etdirirdik... Bu vaxt (qızım) Maite göründü. DNT testi etmək qərarına gəldik və Maitenin Tobiasın qızı olmadığı sübut olundu..."

Tobias DNT testinin nəticəsini hələ şərh etməyib. Bununla belə, Lima aralarındakı məsələni “sülh yolu ilə” həll etdiklərini bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298
avatar

Oxşar yazılar

Güləşçimiz dünya çempionu  oldu

Güləşçimiz dünya çempionu oldu

26 oktyabr 2024 , 00:25
“Turan Tovuz” “Kəpəz”ə qalib gəldi

“Turan Tovuz” “Kəpəz”ə qalib gəldi

25 oktyabr 2024 , 21:51
PSJ Mbappeyə 55 milyon avro ödəməkdən  imtina etdi

PSJ Mbappeyə 55 milyon avro ödəməkdən imtina etdi

25 oktyabr 2024 , 18:47
Okan Buruk təcili əməliyyat  olundu

Okan Buruk təcili əməliyyat olundu

25 oktyabr 2024 , 18:11
Ronaldo karyerasını harada bitirəcəyini  AÇIQLADI

Ronaldo karyerasını harada bitirəcəyini AÇIQLADI

25 oktyabr 2024 , 13:03
Poqba Ronaldonun komanda yoldaşı  olacaq

Poqba Ronaldonun komanda yoldaşı olacaq

25 oktyabr 2024 , 11:45
Sautqeyt bu klubu idarə edəcək

Sautqeyt bu klubu idarə edəcək

25 oktyabr 2024 , 09:35
Kurtuanın durumuna  aydınlıq gəldi

Kurtuanın durumuna aydınlıq gəldi

25 oktyabr 2024 , 04:32