PSJ-nin hücumçusu Kilian Mbappe cari transfer pəncərəsində klubunu dəyişməmək barədə son qərarını verib.
Lent.az xarici mediaya istinadən bildirir ki, mənbənin məlumatına görə, fransalı hücumçu PSJ klubunun rəhbəri Nasser Əl-Xelaifi ilə görüşüb və nəticədə o, komandada qalmağa qərar verib.
Futbolçu müqaviləni sona qədər başa vurmaq istədiyini və başqa kluba keçmək niyyətində olmadığını klub prezidentinə bir daha bildirib.
Daha əvvəl PSJ rəhbərliyinin belə bir qərar verəcəyi təqdirdə Mbappenin bütün mövsümü ehtiyat oyunçular arasında keçirməyə hazır olduğu bildirilirdi.
Xatırladaq ki, 24 yaşlı hücumçunun Paris klubu ilə müqaviləsi 2024-cü ilə qədər hesablanıb.