PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe Paris klubunda qalmağa hansı şərtlərlə hazır olduğunu açıqlayıb.
Lent.az bildirir ki, xarici mətbuatın yazdığına görə, hücumçu Neymardan qurtulmağı tələb etsə də, hələlik braziliyalı üçün potensial alıcı yoxdur. İkinci məqam isə Harri Keynin “Tottenhem”dən alınmasıdır. Nəhayət, futbolçu baş məşqçisini dəyişmək arzusundadır və komandanın sükanı arxasında Zinəddin Zidanı görür.
Elan edilmiş şərtləri yerinə yetirmədiyi təqdirdə, Mbappe gələn yay klubu tərk edəcəyi ilə hədələyir və bu uğursuz olarsa, 2024-cü ildə azad agent statusunda olacaq.
Xatırladaq ki, Mbappe 2022-ci ildə Qətərdə başa çatan Dünya Çempionatının bombardiri olub və burada Argentina ilə finalda het-trik də daxil olmaqla, yeddi oyunda səkkiz qol vurub.
Fransa yığması turnirin gümüş mükafatçısı olub.