Mbappe Ronaldonun "Real"dakı rekordunu  təkrarladı
20 fevral 2025 15:18 (UTC +04:00)

Mbappe Ronaldonun "Real"dakı rekordunu təkrarladı

"Real Madrid"in hücumçusu Kilian Mbappe "Los Blancos"da debüt mövsümündə Avropa Kuboku/Çempionlar Liqasında qol rekordunu təkrarlayıb.

Lent.az xəbər verir ki, fransız forvard indiyədək 7 qol vurub. 2009/2010 mövsümündə Kriştiano Ronaldo və 1961/1962 mövsümündə Justo Tejada da eyni sayda qol vurublar.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin “Mançester Siti” ilə cavab oyununda Mbappe het-trik edib. Kilian Mbappe ötən yaydan "Real Madrid"də çıxış edir. Fransalı hücumçu əvvəllər PSJ və “Monako”da çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar