Mayk Tayson dünyanın  ən yaxşı boksçusunu   AÇIQLADI
16 yanvar 2023 18:05 (UTC +04:00)

Mayk Tayson dünyanın ən yaxşı boksçusunu AÇIQLADI

Keçmiş dünya çempionu Mayk Tayson dünyanın ən yaxşı boksçusunu seçib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Tayson amerikalı Cervont Davisi planetin ən yaxşı döyüşçüsü adlandırıb. Keçmiş boksçu "Mübarizəni davam etdirsə, o, həm də əfsanəyə çevriləcək", - deyib.

Yanvarın 7-də 28 yaşlı Devis Dünya Boks Assosiasiyasının (WBA) yüngül çəkidə çempion titulunu qoruyub. O, teniki nokautla dominikanlı Hektor Luis Qarsiyaya qalib gəlib.

Dekabrın 28-də Devis məişət zorakılığı ittihamı ilə həbs edilib. İdmançı günahını rədd edib və zaminə buraxılıb.

Ümumilikdə, Devis karyerasında 28 döyüş keçirib və bir dəfə də olsun məğlubiyyətlə üzləşməyib. 26 döyüşdə nokautla qalib gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2766
avatar

Oxşar yazılar