Marafonçu finişə çatdıqdan sonra öldü
25 sentyabr 2022 14:58 (UTC +04:00)

Marafonçu finişə çatdıqdan sonra öldü

Alma-Ata marafonunun iştirakçısı Astanadan olan Rustem Sadıkov finişə çatdıqdan sonra dünyasını dəyişib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, müvafiq məlumat tədbirin saytında yer alıb.
Qeyd olunur ki, 47 yaşlı kişi 10 kilometr məsafəyə qaçıb və finişə çatandan sonra huşunu itirib. Eyni zamanda, yaxınlarının dediyinə görə, o, belə yarışlarda ilk dəfə iştirak etmirdi.

Marafonun baş həkimi Orazbek Saxov deyib: “İştirakçı Respublika meydanında finiş xəttini çətinliklə keçərək və bir neçə metr yeriyərək dərhal yıxılıb”.

İdmançıya tibbi yardım göstərilməyə çalışdığı məlum olub. Reanimasiya 30 dəqiqə davam etsə də, Sadıkovu xilas etmək mümkün olmayıb. Onun ölüm səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2577
avatar

Oxşar yazılar