“Mançester Yunayted”in futbolçusu Braziliya millisindən uzaqlaşdırılıb
06 sentyabr 2023 05:05 (UTC +04:00)

“Mançester Yunayted”in futbolçusu Braziliya millisindən uzaqlaşdırılıb

“Mançester Yunayted”in futbolçusu Antoni Matheus dos Santos Braziliya millisindən uzaqlaşdırılıb.

APA xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyası məlumat yayıb.

Baş məşqçi Fernando Diniz 23 yaşlı futbolçunu FİFA-ya göndərilən 36 futbolçudan ibarət siyahıda “Arsenal”ın futbolçusu Qabriel Jezusla əvəzləyib.

Qeyd edək ki, yerli mediada daha əvvəl Antoninin keçmiş sevgilisini döyməsi ilə bağlı iddialar yayılmışdı.

“Globoesporte” idman portalının məlumatına görə, Antoni heyətə çağırılanda artıq bu iş polis araşdırmasında idi, lakin bəzi iddiaların məzmunu hələ ictimaiyyətə açıqlanmamışdı.

Oyunçu isə sosial şəbəkə hesabında iddiaları rədd edərək, yalan ittihamların qurbanı olduğunu bildirib. “İttihamlar yalandır. Artıq hazırlanmış sübutlar mənim günahsız olduğumu göstərəcək”, - deyə Antoni yazıb.

Beşqat dünya çempionu Braziliya 2026-cı ildə Kanada, Meksika və ABŞ-da keçiriləcək dünya çempionatının ilkin seçmə mərhələsində sentyabrın 8-də Boliviya, 12-də Peru ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Oxşar yazılar