“Mançester Yunayted” baş məşqçisi Erik Ten Haqla müqavilə müddətini artırmağı planlayır.
Lent.az saytı xəbər verir ki, klub rəhbərliyi hollandiyalı mütəxəssisin fəaliyyətindən razıdır.
Klubun baş direktoru Riçard Arnold və idman direktoru Con Merto Ten Haqı tam dəstəkləyir. Onların fikrincə, 53 yaşlı məşqçi “Mançester Yunayted”ə yüksək nəticələr qazandıracaq. Eriklə hazırki müqavilə 2025-ci ilin yayında bitəcək. Yeni razılaşmaya görə, əməkdaşlıq bir illik uzadılacaq.
Qeyd edək ki, “qırmızı şeytanlar” mövsümə heç də uğurlu başlamayıb. Komanda Premyer Liqada keçirdiyi 6 oyunun üçündə qələbə qazanıb, üçündə uduzub.

“Mançester Yunayted”də baş məşqçi dəyişir?
Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19