"Mançester Yunayted"in rəhbərliyi "Barselona"nın mərkəz yarımmüdafiəçisi Frenk de Yonqu transfer etməkdə maraqlıdır.
Lent.az bildirir ki, "Marca"nın məlumatına görə, İngiltərə klubu futbolçu üçün 80 milyon avro təklif etməyə hazırdır.
Xatırladaq ki, de Yonq 2019-cu ilin iyulundan "Barselona"da çıxış edir. Ümumilikdə o, komandanın heyətində 139 oyuna çıxıb, 13 qol vurub və 17 məhsuldar ötürmə verib. Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Əlavə edirik ki, əvvəllər de Yonqla “Ayaks”da çalışmış Erik ten Haq “Mançester Yunayted”in yeni baş məşqçisi olub.