"Mançester Siti"nin  94 illik rekordunu   yenilədi
15 mart 2023 16:55 (UTC +04:00)

"Mançester Siti"nin 94 illik rekordunu yenilədi

Erlinq Haaland yalnız keçən yay "Mançester Siti"yə qoşulub, lakin artıq İngiltərə çempionunun çox vacib hissəsinə çevrilib. Üstəlik, futbolçu artıq adını klubun tarixinə yazdırıb.

Lent.az xatırladır ki, Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniyanın “Leypsiq” klubu ilə ikinci oyunda norveçli hücumçu penta-trik edərək klubuna rəqibə 7:0 hesabı ilə qalib gəlməyə kömək edib.

Beləliklə, 22 yaşlı hücumçu 2022/23 mövsümündə artıq “Mançester Siti”nin heyətində 39 qol vurub və bu, yeni klub rekordudur.

Jurnalist Ben Ceykobsun sözlərinə görə, Haaland bir mövsümdə “Mançester Siti” oyunçusunun vurduğu qolların sayına görə Tommi Consonun rekordunu qırıb. Nailiyyət 94 il davam edib, çünki o, hələ 1928/29-cu illərdə müəyyən edilib və 38 qol vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467
avatar

Oxşar yazılar