"Mançester Siti" onu "Barselona"ya satmır
25 iyul 2024 09:48 (UTC +04:00)

"Mançester Siti" onu "Barselona"ya satmır

"Barselona" icarəyə götürdüyü müdafiəçi Joao Kanselonun transferi ilə bağlı "Mançester Siti" ilə razılığa gələ bilmir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kataloniya klubu müdafiəçi üçün “Mançester”in istədiyindən az təklif edir.

Səudiyyə Ərəbistanı klubları da Kanselo ilə maraqlanır, lakin futbolçunun özü İtaliya çempionatını “Barselona”ya alternativ olaraq görür. Bildirilir ki, portuqaliyalının agenti "Milan" və "Yuventus"dan Kanselonu almaq istəyib-istəmədiklərini soruşub.

30 yaşlı futbolçu 2019-cu ilin avqustunda "Yuventus"dan "Mançester Siti"yə keçib. Futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt Kanselonu 25 milyon avro dəyərində qiymətləndirir.

Ötən mövsüm müdafiəçi "Barselona"nın heyətində 42 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar