"Mançester Siti" dünya ÇEMPİONU OLDU
23 dekabr 2023 00:25 (UTC +04:00)

"Mançester Siti" dünya ÇEMPİONU OLDU

0

İngiltərə Premyer Liqa təmsilçilərindən “Mançester Siti” klublararası dünya çempionatının qalibi olub.

Lent.az xəbər verir ki, "şəhərlilər" finalda Braziliya klubu “Fluminense”ni məğlub edib.

Qvardiolanın yetirmələri Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıb. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.

Qeyd edək ki, Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4714

Oxşar yazılar