“Mançester Siti” Çempionlar Liqasının favoriti  hesab edilir 
07 noyabr 2024 19:46 (UTC +04:00)

“Mançester Siti” Çempionlar Liqasının favoriti hesab edilir 

0

Superkompüter Opta Çempionlar Liqasının nəticələri ilə bağlı proqnozunu yeniləyib.

Turnirdə qələbəyə əsas iddiaçı, süni intellektə görə, finalda uğur qazanmaq şansı 19 faiz qiymətləndirilir. 

Lent.az-ın xəbərinə görə, favoritlərin beşliyinə həmçinin “Liverpul” (17 faiz), “İnter” (12 faiz), “Barselona” (9 faiz) və “Arsenal” (8 faiz) daxildir.
 
Çempionlar Liqasının hazırkı qalibi "Real"ın "Milan"a (1:3) uduzduqdan sonra şansları "Sportinq" ilə yanaşı, 6 faiz qiymətləndirilir.

Dörd oyundan sonra "Mançester Siti"nin 7 xalı var və Çempionlar Liqasının ümumi cədvəlində onuncu yerdədir. Noyabrın 5-də Pep Qvardiolanın komandası səfərdə "Sportinq"ə məğlub olub. Noyabrın 26-da “şəhərlilər” doğma meydanda “Feyenoord”la qarşılaşacaq.

Çempionlar Liqasının hazırkı qalibi ötənilki finalda Dortmund "Borussiya”sına qalib gələn (2:0) "Real"dır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2248

Oxşar yazılar