“Mahir Emrelinin qol vurmaması günah idi” – “Legiya”nın sabiq futbolçusu
27 sentyabr 2021 16:30 (UTC +04:00)

“Mahir Emrelinin qol vurmaması günah idi” – “Legiya”nın sabiq futbolçusu

“Legiya”nın ən böyük problemi hücumda kəsərsiz olmasıdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın sabiq futbolçusu Marek Yojvyak komandanın hücum xətti barədə danışarkən deyib.

Polşa çempionatının IX turunda Varşava klubunun “Rakuv”a 2:3 hesablı məğlubiyyətini dəyərləndirən keçmiş müdafiəçi Azərbaycan millisinin hücumçusu Mahir Emrelini də tənqid edib: “Əvvəllər cərimə meydançasına hər ötürmə, demək olar ki, Tomaş Pekartın qolu ilə nəticələnirdi. İndi belə qolçu yoxdur. “Legiya”nın hücumları düzgün tamamlanmır. Mahir Emreli və Rafael Lopes “Rakuv”la görüşdə ələ düşən imkanlardan yararlanmalı idilər. Həmin epizodlarda qol vurmamaq günah idi”.

Qeyd edək ki, Mahir Emreli “Rakuv”la görüşdə 1 qol vursa da, bir neçə imkanı əldən verib.

# 2277
avatar

Oxşar yazılar