Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqa klubu "Başakşehir"lə anlaşıb.
Lent.az fanat.az-a istinadən xəbər verir ki, bu iddia ilə Türkiyənin tanınmış futbol insayderi Yavuz Sabançıoğlu çıxış edib.
O, rəsmi "Twitter" səhifəsində bu barədə paylaşım edib.
Sabancıoğlu bildirib ki, Emreli "Legiya"dan problemsiz ayrılsa, "Başakşehir"ə keçəcək.