Mahir Emreli
02 oktyabr 2021 16:33 (UTC +04:00)

Mahir Emreli

Mahir Emreli bombardirlər siyahısında Qrizmann və İmmobilenidən öndə

2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə 56 bombardirin adı yer alıb. 

Azərbaycan millisinin futbolçusu Mahir Emreli də siyahıda yer alıb. O, bu il “Qarabağ” və "Legiya"da 23 qola imza atıb.

24 yaşlı hücumçu cədvəldə 42-48-ci pillələri bölüşür. Millimizin üzvü Haris Seferoviç, Robinyo, Antuan Qrizmann, Çiro İmmobile, Andre Silva kimi tanınmış hücumçuları qabaqlayır.

Siyahıya isə 50 qola imza atan Robert Levandovskid başçılıq edir. "Bavariya"nın polşalı hücumçusunu Erlinq Holann (41) və Lionel Messi (37) izləyir.

Qeyd edək ki, Mahir çempionatlarda 13, kuboklarda 4, avrokuboklarda 6 dəfə fərqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4290

Oxşar yazılar