Madriddən Londona qayıdır
17 yanvar 2022 15:29 (UTC +04:00)

Madriddən Londona qayıdır

“Real”ın futbolçusu Eden Azar İspaniya nəhəngindən ayrılmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, belçikalı artıq karyerasını davam etdirəcəyi klubu da müəyyənləşdirib.

Azar yenidən “Çelsi”yə qayıtmaq niyyətindədir. “Real” rəhbərliyi də bu keçiddə maraqlıdır. Madridlilər transferin reallaşması üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Eden cari mövsümün 16 oyununda yalnız 2 assistə imza ata bilib.

# 1209
avatar

Oxşar yazılar