Luçesku investor olub, futbol klubuna  pul yatıra   bilər
29 yanvar 2024 13:27 (UTC +04:00)

Luçesku investor olub, futbol klubuna pul yatıra bilər

Kiyev “Dinamo”sunun keçmiş baş məşqçisi Mirça Luçesku keçmiş tennisçi İon Tsiriakla birlikdə Buxarest "Dinamo"suna sərmayə qoymağı düşünür.

“Buxarest “Dinamo”suna investisiya? Görüşümüz oldu və bunu müzakirə etdik. Baxaq və düşünək. Bir-birimizə çox hörmət edən, ən azı 55-60 il münasibətdə olan iki insanıq, mən ona baxmağa başlayandan o, məni izləyir.

Hər ikimiz Rumıniya idmanının təkamülü ilə maraqlandıq. Yenə səbəbini öyrənməyə çalışırıq... İstedad eynidir, heç nə alınmayıb. Biz idmanla məşğul olmaq üçün yaradılmışıq”, – Lent.az xarici mediaya istinadən bildirir ki, Luçesku deyib.

Xatırladaq ki, Luçesku 2004-2016-cı illərdə “Şaxtyor”a başçılıq edib, daha sonra “Zenit”ə keçib. Ən son klubu Kiyev “Dimamo”su olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3459
avatar

Oxşar yazılar