"Liverpul"un hücumçusu komandasını dəyişməyi  planlaşdırır
13 iyun 2025 15:17 (UTC +04:00)

"Liverpul"un hücumçusu komandasını dəyişməyi planlaşdırır

"Liverpul"un hücumçusu Luis Dias klubdan ayrılmaq qərarına gəlib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin sözlərinə görə, kolumbiyalı cinah oyunçusu komandadakı rolundan narazıdır və hesab edir ki, onun töhfəsi lazımi səviyyədə qiymətləndirilmir. Bu baxımdan, onunla maraqlanan “Barselona”ya mümkün transferə müsbət yanaşır.

Lakin bu transferi həyata keçirmək asan olmayacaq. Buna baxmayaraq, Florian Virtsin alınmasından sonra “Liverpul” yeni gələn oyunçunun xərclərini qismən ödəmək üçün Diasın satışı ilə bağlı danışıqlara daha açıq ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar