“Liverpul”un əfsanəsi: “Messi mənə uzunqulaq dedi”
22 yanvar 2022 18:41 (UTC +04:00)

“Liverpul”un əfsanəsi: “Messi mənə uzunqulaq dedi”

“Liverpul”un əfsanəvi futbolçusu Ceymi Karrager PSJ-nin hücumçusu Lionel Messi ilə bağlı maraqlı hadisə danışıb.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, sabiq müdafiəçi argentinalı superulduzun onu təhqir etdiyini söyləyib.

O, buna səbəb kimi, Leonun PSJ üçün uğurlu transfer olmadığını açıqlamasını göstərib: “Verilişlərin birində Leonun parislilər üçün yaxşı transfer olmadığını dedim. Sonra instaqramı açdım, Messidən mesaj gəldiyini gördüm. Tam mətni göstərməyəcəyəm, amma o, mənə uzunqulaq dedi. Messi, bil ki, sən bütün zamanların ən böyük futbolçususan. Səninlə müqayisədə mən futbol meydançasında uzunqulaq idim. Mən sənə əsəbi deyiləm”.

Qeyd edək ki, Ceymi Karragerin futbolçu karyerası yalnız “Liverpul”a həsr olunub. 44 yaşlı mütəxəssis 1996-2013-cü illərdə bu klubun formasını geyinib.

# 1506
avatar

Oxşar yazılar